Dek 06, 2019 22:22 Asia/Baku

Bu gün Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə dövlətlərarası komissiyanın 14-cü iclası keçirilib. İclasda bu komissiyada fəal olan ölkələr, o sıradan İran iştirak edib.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə  dövlətlərarası komissiyaya üzv 13 ölkənin nəqliyyat orqanlarının məsul şəxsləri və nümayəndələri bu birgünlük iclasda qeyd olunan dəhlizdən səmərəli istifadə yollarını nəzərdən keçiriblər.

İranı bu iclasda yol və şəhərsalma nazirinin nəqliyyat məsələləri üzrə müavini Şəhram Adəmnejadın başçılıq etdiyi heyət təmsil edib.

Teqlər