Dek 07, 2019 11:26 Asia/Baku
  • Nüvə anlaşmasının bütün üzvləri Amerikanı gərginliklərin kökü bilirlər

İran xarici işlər nazirinin siyasi müavini Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın 14-cü iclası başa çatandan sonra deyib ki, bu iclasda bütün üzvlər Amerikanın nüvə anlaşmasında gərginliklərin kökü olduğunu təsdiq ediblər.

İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas İraqçı müxbirlərlə müsahibədə əlavə edib: Bütün üzvlər vurğuladılar ki, İran nüvə anlaşmasından bəhrələnmədən bu beynəlxalq anlaşmanı davam etdirmək olmaz.

İraqçı həmçinin nüvə anlaşması üzrə birgə komissiyanın iclası başa çatandan dərhal həyata keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru Rafael Qrusi ilə ilk görüşü barədə deyib ki, bu görüş olduqca faydalı olubdur.

İraqçı deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin yeni baş direktoru bu görüşdə vurğulayıbdır ki, bu beynəlxalq orqanın İranla sabiq həmkarlıqları qorunub saxlanmalıdır.

İraqçının sözlərinə görə, həmin görüşdə bəzi məsələlər və həll yolları ətrafında fikir mübadiləsi aparılıbdır.

İran xarici işlər nazirinin siyasi müavini Seyyed Əbbas İraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə aili nümayəndəsinin müavini Helqa Şmidt Vyanada keçirilən nüvə anlaşması üzrə birgə komissiyanın 14-cü iclasına birgə sədrlik ediblər.

Teqlər