Dek 07, 2019 16:13 Asia/Baku
  • İnqilab Rəhbərinin vebsaytı tvitter-də Trampın Əfqanıstana səfərinə cavab verib

İslam İnqilabının Böyük Rəhbərinin vebsaytının tvitter hesabı Amerika prezidentinin Əfqanıstana səfərinə reaksiyada yazıb: Amerikalılar icazəsiz olaraq bir ölkəyə daxil olur və bu ölkələrin dövlətlərinin sorağına deyil, öz bazalarına gedirlər.

Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Ofisinin informasiya portalı bu gün tvitter-də İslam İnqilabının Böyük Rəhbərinin bəyanatına əsasən yazıb: Amerika özünün bu rəftarı ilə xalqların azadlıqları və istiqlaliyyətlərini rəsmən təhqir edir.

Bu tviitt-də əlavə olunur: İdarəçiliyinin başında zalımların durduqları və dünyanı dominant və dominantlığa məruz qalan iki hissəyə bölən bir quruluş ümumiyyətlə azadlığa və ədalətə qarşıdır.

Bu tvittin davamında deyilir: Amerika və Avropada bəzi evsiz-eşiksiz insanlar aclıqdan, istidən və soyuqdan küçə kənarlarında ölürlər, amma bu ölkələrin sərvətlərinin başlıca hissəsi çox az sayda şəxslərə aiddir.

Bu tvitt, hegemonçuluq sisteminin qarşısında İslamın ədalət və azadlığın açıq-aşkar bayraqdarı olduğunu vurğulyaraq, əlavə edir: İslam açıq şəkildə zülm və ədalətsizliklə mübarizə aparır.

 

Teqlər