Yan 16, 2020 08:04 Asia/Baku
  • Zərif: Avropa nüvə anlaşmasını heçə çıxardı
    Zərif: Avropa nüvə anlaşmasını heçə çıxardı

İran xarici işlər naziri nüvə anlaşmasına sədaqətdən dəm vuran avropalıların hərəkətini şübhə altına alıb.

Məhəmməd Cavad Zərif dünən gecə bir neçə tvitt-də avropalıların fəaliyyətsizliklərini kəskin tərzdə tənqid edərək, onların nüvə anlaşmasına sədaqət barədəki iddialarını şübhə altına alıb və belə yazıb: Üç Avropa ölkəsi elə zənn edir ki, 19-cu əsrdə yaşayır. O zamanlar ölkələrə diktə edər, yalan deyər və aradan çıxardılar.

Zərif nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirdiklərini iddia edən üç ölkəyə tənə ilə yanaşaraq, bildirib: İrandan neft idxalını sıfıra endirmək, İran banklarını boykot etmək, SVİFT-i kəsmək, avropalı şirkətlərin İrandan çıxmaları, həmçinin dərman və qida kimi sanksiyadan azad olan əmtəə mallarının belə, satışında acizlik, avropalıların nüvə anlaşmasına sadiq qalmamalarına sənədli faktlardır.

İran xarici işlər naziri başqa bir tvitt-də yazıb: İçiboş bəyanatların verilməsi, Amerikanın ölkədənkənar sanksiyaları qarşısında təslim olmaqla öz qanunlarını pozma, İranın nüvə anlaşması üzrə mübahisələrin tənzim edilməsi mexanizmini fəallaşdırmağa dair üç bildirişinə göz yummaq və hətta bir tranzaksiya belə həyata keçirilmədən insteks-in yaradılması, avropalıların nüvə anlaşmasına sadiq qalmamalarının digər nişanələridir.

Zərif başqa bir tvitt-də avropalılara xitabən yazıb: İran nüvə anlaşmasında mübahisələrin həlli mexanizmini fəallaşdırıb. Nüvə anlaşmasını məzmundan çıxaran İran deyil, Avropa olub. Amerikanın nüvə anlaşmasından çıxması bir yana qalsın, öz öhdəliklərinizi yerinə yetirin.

 

Teqlər