Yan 18, 2020 21:42 Asia/Baku
  • İranın cənubundan dəvə ilə səyahətə çıxan turist 9 ay sonra Gəncəyə çatıb
    İranın cənubundan dəvə ilə səyahətə çıxan turist 9 ay sonra Gəncəyə çatıb

9 ay əvvəl İranın cənubundan səyahətə çıxan iranlı turist Gəncəyə çatıb.

APA-nın məlumatına görə, dəvə ilə səyahətə çıxan Məhəmməd Əmiri Rudan İranın Bəndər-Abbas şəhərindəndir. O, ötən ilin may ayında İranın cənubundan dünya səyahətinə çıxıb. Doqquz ay sonra Azərbaycana çatan iranlı turis ötən gün Gəncə şəhərində olub.

Məhəmməd Əmiri qeyd edib ki, Azərbaycana qədəm qoyduğu gündən əhali onu səmimiyyətlə, qonaqpərvərliklə qarşılayıb: “Çox gözəl ölkəniz var, insanlarınız çox mehriban, gülərüz, qonaqpərvərdirlər”.

Qeyd edək ki, iranlı turist Məhəmməd Əmiri Azərbaycanda Avropaya getmək niyyətindədir.

 

Teqlər