Amerikalı qadınlar Trampa qarşı aksiya keçiriblər
Amerikalı qadınlar dördüncü il dalbadal bu ölkənin prezidenti Donald Trampın siyasətlərinə qarşı aksiya keçririblər.
Yüz minlərlə amerikalı qadın Nyu-York və Vaşinqton şəhərlərində müxtəlif məsələlərə, o sıradan qadınların siyasi hüquqlarının tapdanması, iqlim vəziyyəti, bərabər hüquqların yoxluğu və mühacirət məsələsinə etiraz olaraq, aksiya keçirib.
Amerikalı qadınların etiraz yürüşü yerli vaxtla şənbə günü bu ölkənin 180-dən çox şəhərində keçirilib.
Trampın Ağ Ev-ə gəldiyi zamandan bəri Amerika xalqının müxtəlif təbəqələri, o cümlədən qadınlar onun ayrı-seçkilik siyasətlərinə etiraz edirlər.
Donald Trampın siyasətləri, fərmanları, bəzi hallarda ədəbsiz sözləri və qalmaqallı rəftarları Amerika xalqının prezidentliyi ona layiq bilməməsinə zəmin yaradıbdır.