Yan 22, 2020 22:58 Asia/Baku
  • Ankara: Türkiyə Liviyaya heç bir qüvvə və silah göndərməyəcək
    Ankara: Türkiyə Liviyaya heç bir qüvvə və silah göndərməyəcək

Türkiyənin xarici işlər naziri bildirib ki, Berlin konfransındakı razılaşmaya əsasən, Ankara Liviyaya heç bir qüvvə və silah göndərməyəcək.

Mövlud Çavuşoğlu bu gün bu xəbəri təsdiq edərək, Liviya milli ordusu adlandırılan qüvvələrin komandanı Xəlifə Həftərdən istəyibdir ki, Liviyadakı döyüşlərin siyasi həllinə sadiq qalsın və vəziyyəti sakitləşdirmək üçün tədbirlər görsün.

Çavuşoğlunun sözləri elə bir şəraitdə söylənir ki, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bundan öncə bildirmişdi ki, Ankara Liviyaya hərbi qüvvə göndərəcək.

Liviya barədə Berlin konfransı bazar günü on iki ölkənin, həmçinin dörd beynəlxalq və regional təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilib. Konfransda razılaşdırıldı ki, Liviyada döyüşən tərəflərə heç bir dəstək verilməsin.

Liviyada gərginliklər illər boyu Ərəbistan, Misir və əmirliklərin, həmçinin bəzi Qərb ölkələrinin himayəsilə Liviyanın şərqinə hökmranlıq edən Xəlifə Həftər qüvvələrinin hücumu ilə şiddətlənibdir.

Həftərin bu hərəkəti dünya ictimaiyyəti tərəfindən pislənibdir.

 

 

Teqlər