Yan 23, 2020 18:54 Asia/Baku

Son vaxtlar Azərbaycan Respublikasında azərbaycanca-farsca lüğət nəşr olunub. Lüğətin müəllifi Bakı Dövlət Universitetinin fars dili və ədəbiyyatı müəllimi Anar Kərimovdur.

Kitab 1944 səhifədən ibarətdir. Bu əsərin işlənib hazırlanmasında fars dilində çıxan müasir jurnal və qəzetlərdən, eləcə də digər lüğətlərdən istifadə olunub. Kitabda müasir azərbaycan dilinin 140 mindən çox cümləsi və termininə də müraciət edilibdir. Bu əsər demək olar ki, sözlər və terminlər baxımından bundan öncə çap olunmuş lüğətlərlə müqayisədə dəyərli özəlliklərə malikdir.

Kərimov IRNA-nın Bakı müxbiri ilə müsahibədə bu dəyərli əsərin fars dili və ədəbiyyatına maraq göstərənlər üçün nəşr edildiyini bildirib. O, bu lüğətin hazırlanması üçün beş il ardıcıl səy göstərdiyini bildirib.

Bakı Dövlət Universitetinin bu müəlliminin azərbaycanca-farsca lüğəti onun fars dili və ədəbiyyatı sahəsində 13-cü müəllif əsəri sayılır.

 

 

 

Teqlər