Yan 27, 2020 12:38 Asia/Baku

İranın daxili işlər naziri öz türkiyəli həmkarına müraciətdə bu ölkədə zəlzələ nəticəsində Türkiyə xalqından bir qrup insanın həyatını itirməsi münasibətilə başsağlı verib.

Əbdorreza Rəhmani-Fəzli Türkiyənin daxili işlər naziri Süleyman Soylunun kədərilə bölüşərək, bu ölkənin hökuməti və xalqına səadət və sağlamlıq arzu edib.

Bundan öncə də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğana müraciətində başsağlığı verib və İran İslam Respublikası dövlətinin zərərçəkmiş bölgələrə yardım etmək üzrə hərtərəfli hazırlığını elan edibdir.

Cümə günü axşamçağı Rixter şkalası ilə 6,8 bal gücündə yeraltı təkan Türkiyənin şərq bölgələrini titrətdi.

Bu zəlzələ nəticəsində indiyədək azı 38 nəfər ölüb, 1500-dən çox insan da yaralanıbdır.

 

 

Teqlər