Yan 27, 2020 21:04 Asia/Baku

İranın məhkəmə hakimiyyətinin sədri bildirib ki, Şəhid Soleymaninin qatilləri tezliklə mühakimə olunacaqlar. O, vurğulayıb ki, İranın məhkəmə hakimiyyəti gec-tez general-leytenant Soleymaninin qatilləri ilə müzakirə və dialoq üçün deyil, mühakimə və cəza üçün görüşəcəkdir.

Ebrahim Rəisi bu gün İranın məhkəmə hakimiyyətinin Ali Şurasının iclasında general-leytenant Soleymaninin şəhadətinin azad xalqların ayağa qalxmalarına və regionda zülmə məruz qalan cəmiyyətləri qorumalarına səbəb olacağını deyib. Qeyd edib ki, İran və İraqın iradəsi Amerikanın müqavimət sərkərdələrini şəhid etmək üzrə terror hərəkətinin hüquqi və məhkəmə cəhətdən izlənilməsinə tamamilə əzmkardır.

Rəisi əlavə edib: İslam İnqilabının müraciətləri düşmənlərin region və dünyadakı fitnələrini alt-üst edib. Onun ən yeni nümunəsi də öncədən məğlubiyyətə uğramış "əsrin sövdələşməsi"dir və onun dizaynerləri əmin olmalıdırlar ki, İslam İnqilabının mesajı yeni bir fitnənin regionu odlamasına və məzlum Fələstin xalqının hüquqlarını tapdamasına icazə verməyəcəkdir.

Teqlər