Yan 27, 2020 22:40 Asia/Baku

Bu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası davam edir.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Ancaq nə televiziyalarda debatlar, nə orada namizədlərin çıxışları, nə də kütləvi aksiyalar var. Namizədlər əsasən, kiçik əhali qurupları ilə ayaqüstü görüşürlər. Bundan başqa, müxtəlif zallarda qapalı görüşlər keçirənlər də var.

Əsas təşviqat internet televiziyalarında, social şəbəkələrdə və qəzetlərdə gedir. 

20-dən artıq siyasi partiyanın seçkiyə qatılmasına baxmayaraq onların fəal iştirakı müşahidə edilmir.

Teqlər