Fev 02, 2020 20:40 Asia/Baku
  • General Qaani İranın Fələstin amallarına dəstəyini vurğulayıb
    General Qaani İranın Fələstin amallarına dəstəyini vurğulayıb

İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanı İran İslam Respublikasının Fələstin xalqı və amallarına dəstəyini vurğulayıb.

İRNA-nın verdiyi məlumata görə, General Mayor İsmayıl Qaani dünən gecə Fələstin İslami Cihad Hərəkatının baş katibi Zəyad Ənnəxalə ilə telefon danışığında deyib: İran İslam Respublikası düşmənlərin məkirli planları, eləcə də Amerikanın əsrin sövdələşməsi planı ilə mübarizədə Fələstin xalqına dəsətk verir. 

General Qaani amerikalıların General Leytenant Qasim Süleymanini terror etməkdə məqsədinin əsrin sövdələşməsi planını elat etmək üçün zəmin yaratmaq olduğunu bildirərək deyib: Şəhid Süleymaninin terror edilməsindən sonra İranın Fələstindəki müqavimət qüvvələrinə dəstək mövqeyi daha da möhkəmlənəcəkdir. 

Fələstin İslami Cihad Hərəkatının baş katibi də İran İslam Respublikasının Fələstin məsələsindəki mövqeyini yüksək qiymətləndirərək deyib: Fələstin xalqı və müqavimət qrupları əsrin sövdələşməsini və fələstinlilərin tarixi haqqını tapdalamaq istəyən hərhansı başqa məkirli planı məhv edəcəklər. 

Teqlər