Fev 07, 2020 22:08 Asia/Baku
  • Sionistlər fələstinli namazqılanlara hücum ediblər
    Sionistlər fələstinli namazqılanlara hücum ediblər

Minlərlə fələstinli namazqılan sionist rejim hərbçilərinin güclü təhlükəsizlik tədbirləri altında Məsciduləqsada cümə namazı qılıb.

Fələstindən, həmçinin digər ölkələrdən olan minlərlə müsəlman "Böyük Fəcr" çağırışına cavab verərək, dalbadal beşinci cümə öz namazını Məsciduləqsada qılıb.

Sionist hərbçilər də fələstinli namazqılanları döyərək, Məsciduləqsa-nın gözətçilərindən olan Aidə Səydavini həbs ediblər.

Sionist rejim fələstinlilərin Məsciduləqsada geniş iştirakından olduqca nigarandır. Bu rejim ötən həftələrdə də fələstinli namazqılanlara divan tutdu ki, nəticədə onlarla nəfər yaralandı, bir qrup namazqılan da həbs olundu.

Fələstin xalqının hüquqlarına tam şəkildə göz yumulan "əsrin sövdələşməsi" planının detallarının ABŞ prezidenti tərəfindən elan olunmasından sonra Fələstində gərginliklər artıbdır.

 

 

Teqlər