Fev 09, 2020 14:41 Asia/Baku

ABŞ konqresinin nümayəndələr palatasının sədri bu ölkə prezidentinin impiçment iclaslarında ona qarşı şəhadət vermiş şahidlərin işdən çıxarılmalarını utancgətirici adlandırıb.

Nensi Pelosi bir açıqlamada bildirib ki, president həmişəlik olaraq impiçment edilibdir.

Pelosi bu açıqlamada əlavə edib: Ağ Ev-in milli təhlükəsizlik şurasında Ukrayna məsələləri üzrə ekspert polkovnik Aleksander Vindmanın utancgətirici tərzdə işdən çıxarılması açıq-aşkar əvəzçıxma hərəkətidir. Bu da Trampın həqiqətdən qorxduğunu göstərir.

Tramp Vindmandan əlavə, Amerikanın Avropa Birliyindəki səfiri Qordon Sondlandı da ABŞ konqresinin nümayəndələr palatasında onun impiçmenti ilə bağlı təhqiqat prosesi zamanı onun əleyhinə şəhadət verdiyi üçün vəzifəsindən çıxarıb.

ABŞ senatında Trampa bəraət qazandırılmasına rəğmən, demokratlar hələ də onun hökumətinin qanunsuz hərəkətləri barədə təhqiqat aparmaqda əzmkardırlar.

Demokrat konqresmenlər bildiriblər ki, konstitusiyaya əsasən, Trampı yenidən impiçment etmək üçün onların qarşısında heç bir maneə yoxdur.

ABŞ konqresinin nümayəndələr palatası ötən milad ili dekabr ayının sonlarında Ukraynageyt macərası ilə bağlı Donald Trampın impiçment edilməsi layihəsini qəbul etdi.

ABŞ senatı isə bir neçə gün bundan qabaq, yəni fevralın beşində 48 səs qarşılığında 52 səslə Trampı hər iki ittiham bəndindən, yəni Ukraynageyt macərasında qüdrətdən sui-istifadə etmək və ədalətin icrasını əngəlləmək ittihamlarından azad edərək, ona bəraət qazandırdı.

Trampın impiçmenti prosesi ötən milad ilinin sonlarından və onun Ukrayna prezidenti ilə telefon söhbətindən və Ukraynageyt rüsvayçılığından sonra başlandı.

 

Teqlər