Fev 14, 2020 11:57 Asia/Baku
  • General-leytenant Soleymaninin şəhadətinin 40-ı mərasimi keçirilib
    General-leytenant Soleymaninin şəhadətinin 40-ı mərasimi keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və silahdaşlarının şəhadətlərinin 40-ı mərasimi İranın xalqı və rəsmilərinin iştirakı ilə dünən axşam Tehranda keçirilib.

Bu mərasimdə şəhid Soleymaninin vəsiyyətnaməsindən bəzi hissələr İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı briqada generalı Esmail Qaani tərəfindən qiraət olunub.

General Qaani bu mərasimdə vurğulayıb ki, şəhid Soleymani müqavimət cəbhəsinin bənzərsiz komandanı və qəhrəmanı olubdur. O, deyib: General-leytenant Soleymani İslam İnqilabının tələb etdiyi hər bir meydanda mərdliklə iştirak və şücaətlə əməl edir və uğurla meydandan çıxırdı.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı əlavə edib: Bu dəyərli insanın şəxsiyyətinin cəhətləri onun təvazökarlığı və möminliyinə görə az tanınıbdır.

General-leytenant Soleymaninin şəhadətinin 40-ı mərasimində ölkənin dövlət və ordu rəsmilərindən əlavə, İraq, Livan və Suriyadan gəlmiş qonaqlar da iştirak ediblər.

İranın digər şəhərlərinin sakinləri də dünən anım mərasimi keçirərək, Sepah-ın Amerikanın terror cinayətinə dağıdıcı cavabına görə təşəkkür edib və ABŞ-ın hər cür fitnələri ilə mübarizəyə və onun terorçu qüvvələrinin bölgədən çıxmalarına təkid ediblər.

Yanvarın üçündə İraq rəsmilərinin rəsmi dəvətilə bu ölkəyə səfər edən general Soleymani İraqın Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndis və daha səkkiz nəfərlə yanaşı, amerikalı terrorçuların Bağdad hava limanı yaxınlığındakı hava hücumunda şəhid oldular.

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah da bu terror hərəkətinə cavab olaraq, yanvarın 8-də 10-dan çox raketlə Amerikanın İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd hərbi bazasını darmadağın etdi.

 

Teqlər