Fev 17, 2020 19:53 Asia/Baku
  • Azərbaycan R-da parlament seçkilərinin keçirilməsilə bağlı İranın təbriki
    Azərbaycan R-da parlament seçkilərinin keçirilməsilə bağlı İranın təbriki

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasında parlament seçkilərinin uğurlu keçirilməsi münasibətilə bu ölkənin xalqı və hökumətini təbrik edib.

Seyyed Əbbas Mousəvi bu gün axşam Azərbaycan Respublikasında parlament seçkilərinin uğurlu keçirilməsindən şad olduğunu bildirərək, ümidvarlıq edib ki, iki ölkə münasibəti daha da genişlənəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinə altıncı növbədənkənar seçkiləri fevralın 9-da 1314 namizədin iştirakı ilə 125 seçki dairəsində keçirildi.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu ölkənin prezidenti İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan partiyası həmin seçkilərdə 65 parlament yeri əldə edərək, Azərbaycan Respublikasının 125 nəfərlik parlamentinin əksəriyyətinə yiyələnibdir.

 

 

Teqlər