Fev 17, 2020 20:51 Asia/Baku
  • \
    \"Microsoft\" \"Windows 10\" üçün problemli yeniləməni geri çağırıb

"Microsoft" korporasiyası istifadəçilərin çoxsaylı problemlərlə bağlı şikayətlərini nəzərə alaraq "Windows 10" əməliyyat sistemi üçün nəzərdə tutulan identifikatoru altında təhlükəsizlik yeniləməni dayandırıb.

Məlumata görə, bu yeniləmə kompüter istehsalçılarının yükləmə menecerlərindəki zəifliyi aradan qaldırmaq üçün nəzərdə tutulsa da, bir çox problemlərə səbəb olub. Xüsusilə, HP və "Apple" kompüterlərinin sahibləri bildirir ki, yeniləmə sistemlərin "donması"na və quraşdırılan zaman müxtəlif səhvlərə gətirib çıxarır.

"Microsoft" kritik səhvlərin mövcudluğunu etiraf edərək, istehsalçı tərəfdaşlarla birlikdə yeniləmənin sabit versiyanı buraxılacağını vəd edib. İstifadəçilərdən isə problemli yeniləmənin silinməsi tövsiyə olunub.

 

 

Teqlər