Fev 21, 2020 14:16 Asia/Baku
  • Rusiya Türkiyəni yenidən ittiham etdi; İdlibdəki hərəkətlər Moskva ilə razılaşmanı pozur\
    Rusiya Türkiyəni yenidən ittiham etdi; İdlibdəki hərəkətlər Moskva ilə razılaşmanı pozur\"

Rusiya Türkiyə rəsmilərinin İdlib barədəki kəskin bəyanatlarını qınayaraq, Suriya ordusunun mövqelərinə qarşı hücumun Ankara-Moskva razılaşmasını pozduğunu bildirib.

Tass Xəbər Agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Türkiyənin İdlib məsələsilə bağlı yaratdığı gərginlikləri qınayaraq, bəyan edib ki, Türkiyənin terrorçulara verdiyi dəstək onun silahlı müxalifəti terrorçulardan ayırmaq və təhlekəsizlik zonası yaratmağa dair öhdəliklərini pozması, həmçinin Suriyanın bu bölgəsində münaqişə riskini artırması deməkdir".

Mariya Zaxarova, həmçinin, Rusiyanın Aerokosmik qüvvələrinin Suriya ordusuna İdlibdə terrorçuların hücumlarını dəf etmək və bu qüvvələrin nəzarətində olan bölgələrə nüfuzunun qarşısını almaq məqsədilə dəstək verdiyini bildirib.

M.Zaxarova terrorçuların Suriya ordusuna qarşı son hücumları barədə isə deyib: "Terrorçu bölmələr çoxlu sayda zirehli texnikadan istifadə edərək,Türkiyə qüvvələrinin artilleriya atəşinin dəstəyilə Suriya ordusunun İdlibin zorakılıqdan uzaq zonasındakı mövqelərinə qarşı geniş miqyaslı hücum həyata keçiriblər.

Suriya ordusunun müqavimət qrupları ilə birlikdə terrorçuların bu ölkədəki son düşərgəsi olan İdlib vilayətini azad etmək üçün əməliyyatı 2020-ci ilin yanvar ayından başlayıb.

 

Teqlər