Fev 21, 2020 20:05 Asia/Baku
  • Seçkilərin ilk saatlarında 7 milyondan çox insan iştirak edib
    Seçkilərin ilk saatlarında 7 milyondan çox insan iştirak edib

İranın daxili işlər naziri 11-ci çağırış İslam Şurası Məclisi və 5-ci çağırış Rəhbərlik Xübrəqanı Məclisinin ilk ara seçkilərinin keçirilməsinin ilkin 4 saatı ərzində 7 milyondan çox insanın iştirak etdiyini bildirib.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli cümə günü fevralın 21-də jurnalistlərə açıqlamasında deyib: " günorta saat 12-dək təxminən 7,5 milyon nəfər səs verib".

İran xalqının seçkilərdəki iştirakını düşmənlərin fitnələri və təxribatını neytrallaşdıran amil kimi dəyərləndirən Rəhmani Fəzli qeyd edib ki, İran xalqı ötən 41 ildə bütün seçkilərdə iştirak edib və onların ölkənin necə idarə edilməsinə dair fikir bildirmək hüququ təmin edilməlidir.

Daxili işlər naziri əlavə edib: "Seçici fəallığının qəti statistikası seçkilərin sona çatmasından sonra elan ediləcək".

Teqlər