Fev 22, 2020 05:17 Asia/Baku
  • Los-Ancelesdə Trampın seçki israfçılığı ifşa olunub
    Los-Ancelesdə Trampın seçki israfçılığı ifşa olunub

ABŞ prezidentinin seçki kampaniyasında pul toplamaq üzrə məsul şəxsin həddən artıq israfçılığı barədə videonun yayılması qalmaqala səbəb olub.

TMZ portalı son zamanlar Amerika prezidenti Donald Trampın Los-Ancelesin qərb ətrafında yerləşən “Beverli-Hillz” şəhərindəki seçki kampaniyasında pul toplamaq üzrə məsul şəxsin həddən artıq israfçılığı barədə bir video yayıbdır.

Trampın “Beverli-Hillz” şəhərindəki seçki qərargahında onun himayədarlarının və respublikaçıların mərasiminə aid olan bu videoda mərasimdən artıq qalmış iri miqdarda bahalı xörək və yeməklər tualetdə müşahidə olunur. Bu təsvirlərin yayılması böyük tənqidlərə səbəb olubdur.
ABŞ prezident seçkiləri noyabrın üçündə keçiriləcək.

Teqlər