Fev 22, 2020 14:12 Asia/Baku
  • Paşinyan: “Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz...”
    Paşinyan: “Ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz...”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub.

Erməni KİV-ləri xəbər verir ki, o Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib.

Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. “Bu haqda söhbət belə gedə bilməz”,-erməni baş nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var”,-o, əlavə edib.

 Paşinyan artıq neçənci dəfədir ki, ATƏT-in danışıqlar misyasına zid çıxış edir.

 

Teqlər