Fev 23, 2020 13:18 Asia/Baku
  • Bakıda və ətraf bölgələrdə Xəzəri çirkləndirən mənbələr aşkar edildi
    Bakıda və ətraf bölgələrdə Xəzəri çirkləndirən mənbələr aşkar edildi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron yarımadasının sahil sularında apardığı son təftişlər Xəzər dənizini çirkləndirən mənbələri üzə çıxarıbdır.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitə Nəzarət İdarəsinin ekspertlər qrupu tərəfindən həyata keçirilmiş bu təftişlər gedişində Xəzər dənizinin suyundan nümunələr götürülərək, mikrobioloji araşdırmalar aparılıbdır.

  Bu idarənin ekspertlərindən olan Nərmin Babaşova deyib: Bu təftişlərə əsasən məlum olubdur ki, Xəzər dənizini çirkləndirən başlıca mənbələrdən biri, Bakı şəhərinin Suraxanı rayonunun kanalizasiya sularıdır.

O, sonra deyib: Suraxanı rayonunun kanalizasiya suları Abşeron kanazilasiya sularının köçürülməsi kanalı daxil olmaqla bir neçə istiqamət vasitəsilə Xəzər dənizinə tökülür.

Bu təftişlərə görə, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsindəki iqtisadi və yaşayış obyektlərinin çirkab suları təmərküzləşmiş kanalizasiya sisteminin olmamasına görə, Xəzər dənizinə doğru cərəyan edir.

Bu təftişlər göstərdi ki, Xəzər dənizinə axıdılan bu çirkab sularına mövcud olan bakteriyalar, həmçinin kimyəvi və bioloji çirkləndiricilərin miqdarı yol verilən səviyyədən yuxarıdır.

Bu qrupun təftişlərinin davam etməsinə toxunan Babaşova deyib: Kanalizasiya sularının Xəzər dənizinə axıdılmasının qarşısını almaq və saflaşdırıcı aparatların quraşdırılması üçün aidiyyətli orqanların məsul şəxslərinə bir daha xəbərdarlıq edilibdir.

 

 

 

Teqlər