Fev 23, 2020 13:16 Asia/Baku
  • 178 seçki dairəsində qəti nəticələr elan edilib
    178 seçki dairəsində qəti nəticələr elan edilib

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri nəticələrinin 178 seçki dairəsində qətiləşdiyini bildirib.

Seyyed Esmail Mousəvi deyib: 208 seçki dairəsindən səslərin sayılışından sonra 178 seçki dairəsinin nəticələri qəti surətdə məlum olubdur.
Mousəvi sonra söyləyib: İndiyədək yeddi seçki dairəsinin işi ikinci tura çəkibdir.

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü daha sonra bildirib: İri şəhərlərin nəticələri maksimum bazar gününədək elan olunacaq.

Mousəvi belə qeyd edib: Seçkilərdə iştirak miqdarı sonuncu seçki dairəsinin nəticələrinin elan olunması ilə elan ediləcəkdir.

İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkiləri 208, Rəhbərlik Xobreqanı Məclisinə 5-ci çağırış birinci ara seçkiləri isə beş seçki dairəsində cümə günü bütün İranda keçirilib.

 

 

Teqlər