Fev 26, 2020 14:52 Asia/Baku
  • ABŞ-da iki partiyanın ixtilafları koronavirus böhranına kölgə salıb
    ABŞ-da iki partiyanın ixtilafları koronavirus böhranına kölgə salıb

Senat demokratları Trampın koronavirusla mübarizədəki tədbirsizliyi haqda xəbərdarlıq ediblər və Tramp hökumətini bu beynəlxalq böhranla mübarizədə qeyri-müntəzəmlik və çaş-başlıqda ittiham ediblər.

Amerika prezidenti deyir ki, bu virusun işi yazadək bitəcək. Hava qızan kimi virus öləcək. Ümumi qorxu yaradılmamalıdır.

Bu barədə konqresdə Trampın bir nömrəli düşməni, yəni nümayəndələr palatasının sədri Nensi Pelosi Amerika prezidenti ilə eyni fikirdədir. O, deyir: Ehtiyatlı olmaq lazımdır, amma qorxu hissi yaymamalıyıq.

Lakin Amerika birjası belə şeyləri anlamır və buna görə, neqativ münasibət göstəribdir. Bu birja ötən iki ildə ən pis günləri keçirir.
Senator Kris Morfi deyir ki, Tramp hökumətinin koronavirusa göz yumması olduqca qorxuncdur.

Dermokrat azlığın sədri Çak Şumer də bu fikirdədir. O, deyir ki, Trampın koronavirusla mübarizə üçün bir proqramı yoxdur.

Belə bir halda, Amerika prezidenti koronavirusla mübarizə üçün konqresdən 2,5 milyard dollar büdcə ayırmasını istəyibdir. Onun tənqid edənlər soruşurlar ki, o, nə üçün xəstəliklərin profilaktikası və onlara nəzarət mərkəzinin büdcəsini 16 faiz azaldıb və əlini Amerikada qrip fəslinin ölüm halları üzərinə qoyubdur? Belə ki, bu xəstəlikdən ölənlərin sayı 16 min nəfər elan olunubdur.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, “Bu vaxtların iztirabı, qorxusu və əsəbiliyi adidir, amma onunla yola gəlmək lazımdır.

Amerikada hərçənd onlarla nəfər koronavirusa yoluxub, amma hələ epidemiya halına çatmayıbdır.
Hazırda Ümumdünya Səhiyyə Təşkilatı bildiribdir ki, dünya koronavirus epidemiyası mərhələsinə daxil olubdur.
 

 

 

Teqlər