Mart 01, 2020 23:04 Asia/Baku
  • İran: Əfqanıstanda davamlı sülh, ancaq əfqanlar arasında müzakirə yolu ilə əldə oluna bilər
    İran: Əfqanıstanda davamlı sülh, ancaq əfqanlar arasında müzakirə yolu ilə əldə oluna bilər

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Amerika ilə taliblər arasında razılaşma imzalamasına reaksiyada bildirib: Əfqanıstanda davamlı sülh razılaşması sadəcə əfqanlar arasında müzakirə yolu ilə və bu ölkənin taliblər də daxil siyasi qruplarının iştirakı və qonşu ölkələrin mülahizələrinin nəzərə alınması ilə əldə oluna bilər.

İİR XİN bu gün bir bəyanatda bildirib: İran Əfqanıstanda sülh və stabilliyə töhfə verəcək hərhansı təşəbbüsü və bu istiqamətdə əfqanların başçılığı ilə gedən səyləri müsbət qarşılayır və onları himayə edir. 

Bu bəyanatda Əfqanıstanda əcnəbi qüvvələrin fəaliyyətinin qeyri-qanuni olduğu və bu ölkədə müharibə və destabilliyin əsas amilini təşkil etdiyi bildirilərək deyilir: Əfqanıstanda sülh və təhülkəsizliyin bərqərar olunması üçün bu qüvvələrin Əfqanıstanı tərk etmələri lazımdır və bu qüvvələrin çıxarılmasına zəmin yaradan hərhansı təşəbbüs bu ölkədə sülhə töhfə verəcək. 

Bəyanatda İranın Əfqanıstanın suverinliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığı vurğulanıb və bildirilib ki, İran öz təhlükəsizlik strategiyası istiqamətində Əfqanıstanda sülh, stabillik və təhlükəsizliyin bərqərar olunmasına hərhansı kömək etməyə hazırdır. 

İİR XİN həmçinin Əfqanıstanda öz qonşuları ilə dost və qardaş əlaqələrinə üstünlük verən və terrorizmin kökünü bu ölkədən kəsə biləcək bir hökumətin təşkil olunacağına ümid etdiyini bildirib. 

İİR XİN ƏFQANLAR ARASINDA MÜZAKİRƏYƏ TƏKİD EDİB

Teqlər