Mart 03, 2020 10:15 Asia/Baku
  • ABŞ prezident seçkilərinə 2 demokrat namizəd Baydenin xeyrinə kənara çəkilib

2020-ci il ABŞ prezident seçkilərinə 2 tanınmış demokrat namizəd Baydenin xeyrinə partiyadaxili rəqabətlərdən kənara çəkilib.

Dünən gecə Pit Butticiç və Emi Klobuşarın seçki qərargahları demokrat partiyasında partiyadaxili seçkilərin ən mühüm etaplarından birinin ərəfəsində onların kənara çəkildiklərini elan etdilər.

Bu iki demokrat namizəd Baydeni himayə edərək, demokrat partiyasında mötədil cərəyanı gücləndirmək və sosialist şüarlar verən Vermont ştatından olan senator Berni Sendersi rəqabətlərdən kənara qoymağa çalışır.

Amerikada seçki rəqabətləri elə bir halda davam edir ki, əksər rəy sorğularına əsasən, Senders demokrat partiyasının 2020-ci il ABŞ prezident seçkilərinin ilkin seçkilərinə digər namizəd Baydenin kənarında parityadaxili seçkilərdə qalib gəlmək, əsas rəqabətlərə çğxmaq və hətta bu seçkilərdə Trampa qalib gəlmək üçün daha yaxşı vəziyyətə malikdir.

Amerika prezident seçkiləri 2020-ci ilin noyabrında keçriləcək.

2 DEMOKRAT NAMİZƏD BAYDENİN XEYRİNƏ KƏNARA ÇƏKİLİB

Teqlər