Mart 06, 2020 11:00 Asia/Baku
  • Koronavirusla mübarizə üçün beynəlxalq və regional həmkarlıq vacibdir

İranın xarici işlər naziri bu gün səhər koronavirusla mübarizə üçün beynəlxalq və regional həmkarlığa təkid edib.

Məhəmməd Cavad Zərif tvitter-də İranın koronavirusla mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxın anlaşmaya malik olduğunu bildirib. Yazıb ki, bu virusla mübarizə üçün beynəlxalq və regional həmkarlıq zəruridir.

Zərif bu tvitt-də İranda koronavirusla mübarizə üçün görülən tədbirlərə, o sıradan çıxış nöqtələrində sərnişin və müsafirlərin sağlamlıqlarının ölçülməsinə işarə edib və deyib: Ya birlikdə qalib gələcək, ya da ki, birlikdə məğlub olacağıq.

Koronavirus ötən ilin sonlarında Çinin Hubey əyalətinin Uhan şəhərində peyda oldu. Hazırda koronavirus bu ölkənin 30 əyaləti ilə yanaşı, dünyanın 86-dan yuxarı ölkəsinə, o cümlədən ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, İran, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.

 

KORONAVİRUSLA BEYNƏLXALQ VƏ REGİONAL HƏMKARLIĞA TƏKİD

Teqlər