Mart 09, 2020 15:54 Asia/Baku
  • İtaliya və İngiltərədə COVID-19 epidemiyası ilə bağlı böhranlı şərait

Koronavirus epdemiyası İtaliya zindanlarında qiyama, İngiltərədə isə dezinfeksiya maddələrinin rasionlaşdırılmasına səbəb olub.

BBC telekanalının məlumatına görə, İngiltərədə Tesko(Tesco) zəncirvari satış mərkəzləri şirkəti dezinfeksiya maddələri, həmçinin bəzi ərzaq maddələri və gigiyena vasitələrini rasionlaşdırıbdır.

Tesko İngiltərədə ən iri zəncirvari satış mərkəzləri şirkətidir. Müştərilərin həddən artıq alqıları üzündən, bu şirkət bəzi qida maddələrini və dezinfekstiyaedici gelləri rasionlaşdırıbdır.

İngiltərə xalqı koronavirus epidemiyasına görə, son günlər bu zəncirvari satış mərkəzləri şirkətinin filiallarına hücum edib və bu satış mərkəzinin rəfləri demək olar ki, boşalıbdır.

İngiltərə xalqının dörddə biri də koronavirus epidemiyasına görə, karantində saxlanır.

İtaliyada koronavirus epidemiyası ilə bağlı yeni qanunlara etiraz olaraq dörd zindanda qaldırılan qiyam nəticəsində də bir məhbus ölüb, bir qrup məhbus isə yaralanıbdır.

Ötən sutka ərzində 133 nəfərin ölümü ilə İtaliyada bu virusdan ölənlərin sayı 366 nəfərə çatıb.

İtaliya dünyada bu virusa yoluxma nəticəsində baş verən tələfat baxımından Çindən sonra ikinci rekordçudur.

Ən son rəqəmlərə görə, dünyada indiyədək 100 mindən çox insan koronavirusa yoluxub.

 

COVID-19 İTALİYA VƏ İNGİLTƏRƏNİ QARIŞDIRIB

Teqlər