Mart 11, 2020 10:30 Asia/Baku
  • Bəqayi Hamane: Amerikanın qayğıkeşlik jesti iranlılar üçün riyakarlıq deməkdır
    Bəqayi Hamane: Amerikanın qayğıkeşlik jesti iranlılar üçün riyakarlıq deməkdır

İran İslam Respublikasının Briləşmiş Millətlər Təşkilatının ofisində və Cenevrədə yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Amerikanın hazırkı şəraitdə anti-bəşəri sanksiyalarının şiddətləndirilməsinə toxunaraq İran xalqının hüquqlarına qayğıkeşlik iddiasının riyakarlıq olaraq etibarsız olduğunu bildirib.

İran İslam Respublikasının Briləşmiş Millətlər Təşkilatının ofisində və Cenevrədə yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi İsmayıl Bəqayi Hamane dünən BMT-nin insan haqları şurasının 43-cü iclasında etdiyi çıxışında bəzi ölkələrin İranda insan haqları mövzusuna təəssübkeşliklə və siyasi mülahizələrlə münasibət göstərməsini qınayıb, hədərə alınan ölkələrə qarşı siyasi təzyiq göstərmək üçün insan haqları mövzusundan su-istifadəni insan haqları şurasına qarşı böyük zülm adlandırıb və anti-İran qətnamənin baniləri tərəfindən təxribatçı münasibətin dayandırılmasına çağırıb. 

Bəqayi Hamanə İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı General Leytenant Qasim Süleymaninin terror edilməsini bütün beynəlxalq qayda qanunların kobud şəkildə pozulmasının bariz nümunəsi adlandırıb , şəhid Süleymaninin insan haqlarının və insani kəramətin ən böyük müdafiəçisi olduğunu bildirərək deyib: Şəhid Süleymaninin səyləri milyonlarla insanın İŞİD və terrorizmin caynağından xilas olması ilə nəticələndi. 

İran İslam Respublikasının Briləşmiş Millətlər Təşkilatının ofisində və Cenevrədə yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi deyib: Şəhid Süleymaninin mücahidliyi İraq və Suriya xalqlaraının İŞİD-in tapdağı altında pozulmuş öz insani hüquqlarını bərpa etmələrinə imkan yaratdı. 

Bu məlumata görə, BMT İHŞ-nin 43-cü iclasında iştirak edən ölkələrin nümayəndələri İranın Cenverədəki səfirinin təklifi ilə  koronavirus qurbanlarına və tibb işçilərinin fədakarlıqlarına hörmət əlaməti olaraq 1 dəqiqə sükut ediblər. 

AMEİRİKANIN "QAYĞIKEŞ" JESTİ  İRANLILAR ÜÇÜN RİYAKARLIQ DEMƏKDİR

Teqlər