Mart 13, 2020 20:17 Asia/Baku
  • DİN ABŞ-ın Azərbaycanda işgəncə haqda dediklərinə cavab verdi
    DİN ABŞ-ın Azərbaycanda işgəncə haqda dediklərinə cavab verdi

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ABŞ-ın Azərbaycanda işgəncə haqda dediklərinə cavab verdi.

ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında deyilir ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən istifadə davam edir. İşgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edildiyi, işgəncə verənlərin cəzasız qaldıqları da bildirilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov Amerikanın AzadlıqRadiosuna deyir ki, ABŞ Dövlət Departamentinin hesabatında deyilənlər reallığı əks etdirmir, əksinə, hesabatı hazırlayan ölkənin özündə bənzər hallar baş verir:

“Bugün Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı apardığı mübarizə, ictimai asayişin, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirdiyi təcrübə qanunvericliyə uyğundur. Kimlərinsə təzyiqə məruz qalması, polis zorakılığı haqda deyilənlər Azərbaycanda deyil, bu cür ittihamları Azərbaycan polisinin ünvanına səsləndirən həmin dövlətlərdə baş verir”.

Vaxtaşırı yerli və beynəlxalq qurumların hesabatlarında və ya saxlanılan şəxslərin açıqlamalarında, müttəhimlərin məhkəmə çıxışlarında da işgəncə iddialarıyla rastlaşmaq mümkündür.

Ehsan Zahidov cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlandığı yerlərə beynəlxalq və yerli hüquq müdafiə qurumları tərəfindən baxış keçirildiyini, monitorinqlər aparıldığını, onlara bu iddialarla bağlı “heç vaxt irad bildirilmədiyini” söyləyir.

 

AZƏRBAYCAN R. DİN ABŞ-IN CAVABINI VERDİ

 

Teqlər