Mart 17, 2020 13:51 Asia/Baku
  • AB ABŞ-ın qanunsuz sanksiyalarını rəsmən tanımamalıdır

İran və Xorvatiyanın xarici işlər nazirləri İranda və dünyada COVID-19 pandemiyası ilə bağlı son olayları nəzərdən keçiriblər.

İran və Xorvatiyanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Qordan Qrliç-Radman dünən axşamçağı bir telefon söhbətində koronavirusun kökünün kəsilməsi üzrə beynəlxalq əməkdaşlıq və həmrəyliyə təkid ediblər.

Xorvatiya xarici işlər nazirinin İran xalqı ilə həmrəylik elan etməsinə görə, təşəkkür edən Zərif təkcə nüvə anlaşması vəzifəsi kimi deyil, həm də günahsız insanların ölümünün qarşısını almaq üçün Avropa Birliyi tərəfindən Amerikanın qanunsuz və birtərəfli sasnksiyalarının rəsmən tanınmamasına təkid edib.

Ölkəsi Avropa Birliyi Şurasının dövri sədri olan Xorvatiyanın xarici işlər naziri də bu beynəlxalq səviyyəli təhlükəli pandemiya ilə mübarizədə İranın dövləti və xalqı ilə həmrəylik ifadə edib və İranda koronavirusdan həyatını itirənlərin ailələrinin kədəri ilə bölüşübdür.

İranın səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək İranda 14991 nəfər koronavirusa yoluxub. Onlardan təqribən 4996 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır. 853 nəfər isə bu virusa yoluxma nəticəsində həyatını itirib.

AB ABŞ-IN SANKSİYALARINI RƏSMƏN TANIMAMALIDIR

Teqlər