Mart 19, 2020 21:16 Asia/Baku
  • İranda altı minə yaxın koronaviruslu xəstə sağalıb
    İranda altı minə yaxın koronaviruslu xəstə sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan təqribən 5979 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirinin müavini Əlireza Rəisi bu gün müxbirlər qarşısında ölkədə 18407 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, indiyədək 1284 nəfər bu virusa yoluxma nəticəsində həyatını itirib.

İran dövlətinin/ silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin iştirakı ilə sürətlə həyata keçirilməkdədir.

Son statistikalara görə, indiyədək dünyada təqribən 222 min nəfər bu virusa yoluxub. Bu miqdardan təqribən 85 min nəfərdən çox insan sağalıb, 9 min nəfərə yaxın insan isə həyatını itiribdir.

İRANDA COVID-19-DAN TƏQRİBƏN 6 MİN NƏFƏR SAĞALIB

Teqlər