Mart 28, 2020 22:01 Asia/Baku
  • İmam Hüseynin(ə) mövludu və pasdar günü mübarək olsun!
    İmam Hüseynin(ə) mövludu və pasdar günü mübarək olsun!

Bu gün, Milad tarixi ilə 28 mart Hicri Qəməri tarixi ilə 3 Şaban 1441-ci il şiələrin 3-cü imamı həzrət İmam Hüseynin(ə) mövlud günü və İranda "Keşikçilər Günü"dür.

 

3 Şaban Kərbəlada öz misilsiz fədakarlıqları ilə  İslam dininin böyük qoruyucusu və keşikçisinə çevrilən həzrət İmam Hüseynin(ə) mövlud günüdür. O həzrət Quran və İslamın müdafiəsində misilsiz şəxs sayılır. 

İran İslam Respublikasının banisi olan həzrət İmam Xomeyni(r.ə) İmam Hüseynin(ə) mövlud gününü "Keşikçilər Günü" adlandıraraq, İmam Hüseynin(ə) bütün şiələr xüsusi ilə də İslam İnqilabı Keşikçiləri üçün əbədi bir nümunəyə çevrilməsinə təşəbbüs edib.

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah İran İslam İnqilabı və İran İslam Respublikası quruluşunun təhlükəsizliyinin təmin edilməsində təsirli bir qüvvə olaraq İran tarixində daim parlamaqdadır. 

İranın Teleradio Təşkilatı olaraq bu günü bütün müsəlmanlara təbrik edirik. 

 

Teqlər