Mart 30, 2020 20:17 Asia/Baku
  • İranda təqribən 14 min koronavirus pasienti sağalıb

İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxanlardan 13 min 911 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə 41 min 495 nəfərin koronavirusa yoluxduğunu bildirərək deyib ki, təəssüflə, ötən sutka ərzində 117 koronavirus xəstəsi vəfat edib və İranda bu xəstəlikdən həyatını itirənlərin ümumi sayı 2757 nəfərə çatıb.

Cəhanpour sonra deyib: İndiyədək İranda koronavirusla mübarizə üzrə milli səfərbərlik layihəsində 63 milyon nəfərdən çox insan dispanserləşdirilib.

İran dövlətinin silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin həmkarlığı ilə sürətlə həyata keçirilməkdədir.

İRANDA COVID-19-DAN 14 MİN NƏFƏR SAĞALIB

Teqlər