Apr 03, 2020 10:04 Asia/Baku
  • Koronavirus yenidən ABŞ-da tüğyan edib
    Koronavirus yenidən ABŞ-da tüğyan edib

Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 245 min nəfəri keçib.

Amerika mediaları bildiriblər ki, bu ölkədə 245 min 66 nəfər koronavirusa yoluxubdur ki, onlardan 6075 nəfər həyatını itiribdir.

ABŞ hazırda koronavirusa mübtəla olmuş ölkələrin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.

Ümumdünya Səhiyyə Təşkilatı ötən çərşənbə axşamı günü elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Hazırda bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olub.

Amerika xəstəxanalar cəmiyyəti bundan öncə bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaq və onlardan 480 min nəfər həyatını itirəcəkdir.

 

 

Teqlər