Apr 03, 2020 15:05 Asia/Baku
  • Azərbaycan vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
    Azərbaycan vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək

Azərbaycan vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək

 

 

"Yeni qaydalar - hərəkət məhdudiyyətləri 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək davam edəcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Elnur Niftəliyev bildirib. Onun sözlərinə görə, https://icaze.e-gov.az portalı yalnız dövlət qurumları, habelə özəl təşkilatlar üçün nəzərdə tutulur:

"Bu sistem sabahdan - aprelin 3-dən işə düşəcək. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə 5 aprel tarixindən işə düşəcək".

AR VƏTƏNDAŞLARI EVDƏN ÇIXMAQ ÜÇÜN SMS GÖNDƏRMƏLİDİRLƏR

Teqlər