Apr 04, 2020 10:31 Asia/Baku
  • İtaliyada daha 766 nəfər həyatını itirib

Ötən sukta ərzində koronavirus infeksiyasından daha 766 italyanın ölümünün elan olunması ilə İtaliyada bu virusdan ölənlərin sayı 14681 nəfərə çatıb.

İtaliya hökuməti dünən gecə bildirib ki, ötən sutka ərzində bu ölkədə 4585 nəfər koronavirusa yoluxub və 766 italyan da bu xəstəlik nəticəsində həyatını itiribdir.

Bu yeni statistika ilə İtaliyada koroanvirusa yoluxma və ölüm halları sıra ilə 119827 və 14681 nəfərə çatıbdır.

İtaliya hazırda koronavirusdan ölüm halı cəhətdən dünyada ən yüksək göstəriciyə malikdir. Ondan sonra digər Avropa ölkəsi olan İspaniya on mindən çox koronavirus qurbanı il ikinci yerdə gedir.

İtaliyanın baş naziri Cüzeppe Konte bu ölkədə koronavirusa yoluxanların sayının artmasına görə, martın onunda həmin 60 milyon nəfərlik ölkəni karantinə almaq qərarına gəldi.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib. Bu virus hazırda Çindən əlavə, 200-dən çox ölkəyə, o sıradan ABŞ, İngiltərə, Türkiyə, Ərəbistan, BƏƏ, Kanada, Cənubi Koreya, Yaponiya, Avstraliya, Tailand, İtaliya və Fransaya da sirayət edibdir.

Son statistikalara görə, indiyədək dünyada bir milyon nəfərdən çox insan bu virusa yoluxub. Bu miqdardan təqribən 220 min nəfər sağalıb, azı 56 min nəfər  isə həyatını itiribdir.

İTALİYADA DAHA 766 NƏFƏR HƏYATINI İTİRİB

 

Teqlər