Apr 08, 2020 12:34 Asia/Baku
  • Bakı Moskvadan modern qırıcılar satın alır
    Bakı Moskvadan modern qırıcılar satın alır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiyadan modern qırıcılar satın almasından xəbər verib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən bildirib ki, bu ölkənin hərbi ekspert heyəti son Rusiya səfərində Bakının Moskvadan Miq-35 və Suxoy-25 qırıcıları satın almaq təmayülünü bəyan edib və rus tərəfin razılığı ilə qarşılaşıbdır.

Azərbaycan Respublikasının hərbi ekspert heyəti bu səfər zamanı Rusiya müdafiə sənayesinin Miq-35 və Suxoy-25 qırıcılarının istehsal obyektlərinə baş çəkibdir.

Rusiyanın müdafiə sənayesinin nümayəndələri bu ölkənin modern qırıcılarının texniki, taktiki və döyüş qabiliyyətləri barədə məlumat təqdim ediblər. Onlar Azərbaycan Respublikasının aviasiya qüvvələrini ehtiyac duyduğu sayda qırıcılarla təmin etməyə hazır olduqlarını bldiriblər.

Azərbaycan Respublikasının aviasiya qüvvələri hazırda Rusiya istehsalı olan Miq-25, Miq-29, Suxoy-25 və Suxoy-24 qırıcılarına malikdirlər.

BAKI MOSKVADAN MODERN QIRICILAR SATIN ALIR

Teqlər