Apr 08, 2020 07:36 Asia/Baku
  • Dünya koronavirusla təsirli mübarizə üçün ABŞ-ın sanksiyalarının ləğvini istəsin
    Dünya koronavirusla təsirli mübarizə üçün ABŞ-ın sanksiyalarının ləğvini istəsin

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi dünən gecə bu təşkilatın baş məclisinin sədrinə məktubda Amerikanın birtərəfli sanksiyalarını koronavirusun xeyrinə, bütün ölkələrin isə zərərinə adlandırıb və onların ləğvini istəyibdir.

Məcid Təxte Rəvançi BMT Baş Assambleyasının «Koronavirusla mübarizədə beynəlxalq həmrəylik» adı altında qətnaməsinin qəbul olunması münasibətilə göndərdiyi bu məktubda yazıb: Koronavirus alovunun bütün bölgələri və ölkələri bürüdüyü hazırkı sər zəmanədə beynəlxalq həmrəylik və həmkarlıq zəruridir, çünki bütün ölkələr bu pandemiya ilə mübarizədə vahid cəbhədə durublar.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amerikanın insanlığa sığmayan sanksiyalarının koronavirusla mübarizədə sanksiyalar altında olan ölkələr üçün problemlər yaratmasına işarə edərək, söyləyib: Bu vəziyyət nəinki bu ölkələrin vətəndaşlarının zərərinədir, həm də koronavirusa qarşı beynəlxalq mübarizənin və yer kürəsinin bütün sakinlərinin sağlamlığının ziyanınadır.

Təxte Rəvançi sonra vurğulayıb ki, koroanvirusla təsirli mübarizə üçün Amerikanın qanunsuz sanksiyalarının aradan götürülməsi bütün dünyanın xeyrinə olaraq, bir zərurətdir.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi həmçinin BMT-nin baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş katibi, BMT-nin insan haqları üzrə baş komissarı, dünya ölkələri və təşkilatlarının rəhbərləri və vətəndaş cəmiyyəti tərəfinən birtərəfi sanksiyaların ləğvi üçün edilmiş xahişlərə işarə edərək, bildirib: Amerika bu xahişləri yerinə yetirmək əvəzinə, nəinki qanunsuz və birtərəfli sanksiyları ləğv etmədi, əksinə bəzi hallarda bu sanksiyaları daha da şiddətləndiribdir.

Keçən həftə də İranın və digər yeddi ölkənin BMT-dəki nümayəndələri bu təşkilatın baş katibinə ünvanladıqları iki müştərək məktubda sanksiya altında olan ölkələrin koronavirusla təsirli mübarizə apara bilmələri üçün Amerikanın birtərəfli sanksiyalarının ləğvi vacibliyini vurğulamışdılar. Ötən günlər ərzində on digər ölkə də bu məktubu imzalayanlar sırasına qoşuldu.

ABŞ-IN BİRTƏRƏFLİ SANKSİYALARININ LƏĞVİ TƏLƏB EDİLSİN!

Teqlər