Apr 08, 2020 19:14 Asia/Baku
  • Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
    Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə,  koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək Azərbaycanda  822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında  çıxış edən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki,

 “Ötən həftə ərzində xəstəliyə yoluxma ilə bağlı pozitiv məlumat verə bilmirik”.   O əlavə edib ki, bu gün 105 nəfər koronavirusa yoluxub: “Bu göstərir ki, yoluxma artan xətt üzrə gedir”.

AR-DA DAHA 105 NƏFƏR COVID-19-A YOLUXUB

 

Teqlər