Apr 08, 2020 14:54 Asia/Baku
  • İranlı qapıçı dünya çempionatı tarixində Asiyanın ən yaxşı futbolçusu olub
    İranlı qapıçı dünya çempionatı tarixində Asiyanın ən yaxşı futbolçusu olub

İranın yığma futbol komandasının qapıçısı səs çoxluğu əldə edərək, dünya çempionatı tarixində Asiyanın ən yaxşı futbolçusu hesab edilib.

İranın yığma futbol komandasının qapıçısı və «Perspolis» klubunun üzvü Əlireza Beyranvənd Asiya Futbol Konfederasiyası saytının rəy sorğusunda səslərin 66%-ni qazanaraq, dünya çempionatının müxtəlif dövrlərində Asiyanın ən yaxşı futbolçusu hesab edilib.

Beyranvənd bu rəy sorğusunda Cənubi Koreyanın yığma komandasının və İngiltərənin «Mançester Yunayted» klubunun keçmiş ulduzu Park Ci Sun, Ərəbistan milli futbol komandasının və bu ölkənin Əlhilal klubunun keçmiş kapitanı Sami Əlcabir, Avstraliya yığma komandasının və İngiltərənin Everton klubunun keçmiş ulduzu Tim Kihil və Yaponiya milli futbol komandasının və İtaliyanın Milan klubunun yarımmüdafiəçisi Kisoke Honda ilə rəqabət aparırdı.

Həmin rəy sorğusunda Beyranvənddən sonra Kisoke Honda səslərin 26%-ni əldə edərək, ikinci olubdur.

2018-ci il dünya çempionatında uğurla çıxış edən İranın yığma futbol komandasının qapıçısı Əlireza Beyranvənd beş dəfə dünya üzrə qızıl topun mükafatçısı olmuş Portuqaliya yığma futbol komandasının hücumçusu Kriştianu Ronaldunun penalti zərbəsini dəf edərək, bu adı qazanmağa namizəd olan beş nəfərdən biri olmuşdu.

BEYRANVƏND ASİYANIN ƏN YAXŞI FUTBOLÇUSUDUR

Teqlər