Apr 08, 2020 18:11 Asia/Baku
  • İran koronavirusla mübarizə sahəsindəki təcrübələrini ötürməyə hazırdır
    İran koronavirusla mübarizə sahəsindəki təcrübələrini ötürməyə hazırdır

İranın xarici işlər naziri Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirləri ilə ayrıca telefon söhbətlərində Tehranın koronavirusla mübarizə sahəsindəki təcrübələrini ötürməyə hazır olduğunu bildirib.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanian bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə ayrıca telefon söhbətlərində koronavirusla mübarizə barədə həmrəylik ifadə ediblər.

Zərif də bu danışıqlarda İranın koronavirus pandemiyası ilə mübarizə sahəsindəki təcrübələrini ötürməyə hazır olduğunu bildirib.

Rəsmi adı COVID-19 olan koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində aşkar edilib.

Hazırda bütün ölkələr koronavirusla mübarizə aparırlar. Bütün dünyada bu virusa yoluxanların sayının bir milyon 500 min nəfərə yaxınlaşması ilə indiyədək bu miqdardan azı 83 min nəfər həyatını itirib. 308 min nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.

İRAN COVID-19-LA MÜBARİZƏDƏKİ TƏCÜRÜBƏLƏRİNİ ÖTÜRMƏYƏ HAZIRDIR

 

 

Teqlər