Apr 09, 2020 16:15 Asia/Baku
  • ÜTT-dən dünyada iqtisadi durğunluq haqda xəbərdarlıq

Ümumdünya Ticarət Təşkilatının baş katibi xəbərdarlıq edib ki, koronavirus pandemiyası bəşəriyyət tarixində ən dəin iqtisadi durğunluqla nəticələnə bilər.

Ümumdünya Ticarət Təşkilatının baş katibi Roberto Azevedo bildirib ki, koronavirus pandemiyası 2020-ci ildə ticarət mübadilələrinin 13-32 faiz azalmasına səbəb olacaq və adi vəziyyətə qayıdış bu pandemiyanın başa çatacağı zamandan asılıdır.

Azevedo sonra deyib: Maliyyə bazarlarının cari ildə süqut etmələri 2008-ci ildəki iqtisadi böhrandan da kəskin olacaq və bütün ölkələrin həmkarlıq edəcəkləri təqdirdə adi vəziyyətə qayıdış ola bilsin, 2021-ci ildən başlansın.

Ümumdünya Ticarət Təşkilatının baş katibi vurğulayıb: Bütün dünya ölkələri 2020-ci ildə ixracat və idxalatda ikirəqəmli azalma ilə üzləşəcəklər və ən sərt zərbəni Şimali Amerika və Asiya alacaqlar.

Azevedo daha sonra söyləyib: Ticarət və istehsalda qaçılmaz azalma ailələr və peşələr üçün ağrılı nəticələrə gətirib çıxaracaq.

Beynəlxalq Valyuta Fondu da bundan öncə koronavirusun yayılması və onun dünya iqtisadiyyatına təsiri barədə xəbərdarlıq etmişdi.

Koronavirusun yayılması Avropa, Amerika, həmçinin Asiyada iqtisadiyyata və maliyyə bazarlarına mənfi təsir göstəribdir.

ÜTT-DƏN DÜNYADA İQTİSADİ DURĞUNLUQ HAQDA XƏBƏRDARLIQ

 

 

Teqlər