Apr 10, 2020 18:56 Asia/Baku
  • İslamabadın COVID-19-la mübarizə tədbirləri
    İslamabadın COVID-19-la mübarizə tədbirləri

Pakistan hökuməti koronavirusla mübarizədə bir qrup könüllü gənc pakistanlını təşkil edib ki, böhranlı vaxtlarda zəif və ehtiyaclı təbəqələrə yardım etsinlər.

Pakistan hökumətinin koronavirusa nəzarət üzrə tədbirləri; Pakistan hökuməti koronavirusla mübarizədə bir qrup könüllü gənc pakistanlını təşkil edib ki, böhranlı vaxtlarda zəif və ehtiyaclı təbəqələrə yardım etsinlər.

Müsahibə: Pakistanın baş naziri deyib ki, koronavirusla mübarizə istiqamətində yoxsul şəxslərə kömək üçün gənc qüvvə yaradıb və indiyədək 717 min 119 gənc pakistanlı bu layihədə öz adını yazdırıb.

Pakistanın dəmiryolu nazirliyi də koronavirusla mübarizə üçün öz bəzi qatarlarını tibb ləvazimatları ilə təchiz edibdir.

Müsahibə: Biz 7 stansiyada qatarları tibb avadanlıqları ilə təchiz etmişik və hazırda koronavirus xəstələrinin müalicəsi üçün beş min xəstəxana çarpayısı hazırlamışıq.

Gediş-gəlişlərdə məhdudiyyət layihəsinin icrası, təhsil, xidmət və ticarət mərkəzlərinin tətili hələ də maksimum şiddətlə icra olunmaqdadır.

Pakistan ali məhkəməsi də bildiribdir ki, hökumət qarşıdakı iki həftə ərzində sərhədlərdəki bütün karantin mərkəzlərini tibb avadanlıqları ilə təchiz etməlidir.

İSLAMABADIN COVID-19-LA MÜBARİZƏ TƏDBİRLƏRİ

 

Teqlər