Apr 21, 2020 15:46 Asia/Baku
  • Azərbaycan R. aprelin 25-ni Ramazan ayının biri elan edib
    Azərbaycan R. aprelin 25-ni Ramazan ayının biri elan edib

Qafqaz Müsəlmanları İdarəsi aprelin 25-ni Azərbaycan Respublikasında mübarək Ramazan ayının birinci günü elan edib.

Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Şamaxı rəsədxanasının məlumatına istinadla bildirdiyinə görə, aprelin 25-i, ramazan ayının biridir. Mübarək ayın sonuncu günü isə mayın 24-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikasının dini məsələlərində mərkəz və əsas orqan sayılır və bu idarə hər il ramazan ayının başlandığı zamanı bu ölkənin Şamaxı rəsədxanasının məlumatına istinadla elan edir.

Azərbaycan Respublikasının on milyon nəfərdən çox olan əhalisinin 98 faizindən çoxu müsəlman, onların 75 faizə yaxını da şiədir.

 

 

Teqlər