Apr 23, 2020 20:48 Asia/Baku
  • ABŞ-ın hərbi orqanı İran peykinin uğurlu atışını etiraf edib

ABŞ ordusunun kosmik qüvvələr komandanlığı kosmosda İranın Nur peyki və onun raketdaşıyıcısının göründüyünü və bu atışın uğurlu olduğunu etiraf edib.

ABŞ ordusunun hava qüvvələrinin kosmik qüvvələr komandanlığında kosmosa nəzarət üzrə 18-ci eskadron bu gün səhər öz tvitter hesabında yazıb: Bu eskadron kosmosda Nur peyki və onun raketdaşıyıcısını müşahidə edib və bu peyk İrandan buraxılıbdır.

Pentaqonun dəyərləndirməsi İranın çərşənbə günü kosmosa buraxdığı hərbi peykin atışnın uğurlu olduğunu təsdiq edir. Bu, diqqətəlayiq bir hərəkət hesab olunur.

«Nur» süni peyki İran İslam Respublikasının ilk hərbi peyki kimi dünən səhər Sepah vasitəsilə İranın mərkəzi səhrasından çox etaplı «Qasid» peykdaşıyıcısından atılaraq, yerin 425 kilometrlik orbitində yerləşibdir.

ABŞ HƏRBİ ORQANLARI İRANIN UĞURLU PEYK ATIŞINI TƏSDİQ EDİBLƏR

Teqlər