Apr 28, 2020 01:56 Asia/Baku
  • Azərbaycanda məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılıb

Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş məhdudiyyətlərin bir qismi bu gündən yumşaldılır.

 

APA-nın verdiyi xəbərə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən:  “ASAN Xidmət” Mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır və siyahısı məlumatda təqdim edilmiş bəzi iş və xidmət sahələrində fəaliyyət bərpa olunur.

Məlumatda bildirilir ki, Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Teqlər