May 28, 2020 14:48 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinin müxtəlif bölgələrinə basqın ediblər

Sionist rejim hərbçiləri qərb sahilinin müxtəlif bölgələrinə basqın və bir qrup fələstinlini həbs ediblər.

SəhərAzəri xəbər verir, Sionist hərbçilər dünən İordan çayının qərb sahilinin şimalında yerləşən Selfit şəhərinin “Kəfəl Haris” qəsəbəsinə basqın ediblər. Onlar fələstinlilərlə toqquşaraq, onlara tərəf gözyaşardıcı qaz buraxıblar.

İşğalçı rejimin hərbçiləri həmçinin işğal olunmuş Qüds şəhərində yerləşən Silvan qəsəbəsinin sakinlərindən olan bir ailənin mənzilini dağıdıblar.

Nablusun qərbində yerləşən “Zevata” qəsəbəsində də işğalçı rejimin buldozerləri fələstinlilərin bu bölgədə yerləşən iki istirahət mərkəzi və bir yeni tikilmiş evini dağıdıblar.

İşğalçı rejimin hərbçiləri həmçinin fermerlərin Əynulbiyza kəndinin yaxınlığında yerləşən “Şimali Ələğvar” bölgəsindəki əkin məhsullarını saxlayıblar.

Onlarla sionist qəsəbə sakini də Ramullahın şərqində yerləşən Əlməzirə bölgəsinə hücum edibdir. Onlar sionist rejim ordusunun dəstəyi ilə fələsitinlilərin onlarla hektar ərazisini ələ keçiriblər.

Teqlər