İyun 16, 2020 10:09 Asia/Baku
  • Livan xalqı iğtişaşçılarla ciddi davranılmaısnı istəyib

Livan xalqının istəyindən sonra bu ölkənin ali müdafiə şurası iclas keçirib və iğtişaşçılarla ciddi davranılmaısnı vurğulayıbdır.

SəhərAzəri xəbər verir, Livan on gün bundan öncədən bəri iqtisadi vəziyyətə etiraz üzrə aksiyaların şahididir.

Livan lirəsinin dəyərinin dollar qarşısındakı 70 faizlik süqutu aksiyaların formalaşmasının amili olubdur. Amma bəzi iğtişaşçılar bu aksiyalardan bəhrələndi və bu ölkədə küçə zorakılıqları yaratdılar.

İğtişaşçıların Livanın təhlükəsizlik qüvvələri ilə olan şənbə günü gecəki toqquşmalarda 16-sı hərbçi olmaqla 72 nəfər yaralanıb və ya tənəffüs çatışmazlığına və göyərməyə düçar olub. Onlardan on üç nəfər müalicə üçün xəstəxanaya köçürülübdür.

Əmin-amansızlıq və iğtişaşların artması ilə Livan xalqından yüzlərlə nəfər bazar günü Beyrut və Tripolidə aksiyalar keçirib. Onlar iğtişaşçıların zorakı hərəkətlərini pisləyib və onlarla ciddi davranılmaısnı vurğulayıbdır.

Bu istiqamətdə Livanın ümumi təhlükəsizlik təşkilatının baş katibi general-mayor Abbas İbrahim bu ölkənin parlament sədri Nəbih Berri ilə görüşdə vurğulayıb ki, Beyrut beynəlxalq hava limanına qarşı hücum üzrə bir terror əməliyyatı barədə məlumat əldə olunub və bu məlumat əlaqədar tərəflərə ötürülübdür.

Bundan öncə əmin-amansızlıqlar və zorakılıqların firqəvi toqquşmalar yaratmaq istiqamətində planlaşdırıldığı və istiqamətləndirildiyini bildirən Livan rəsmiləri bu əmin-amansızlıqları araşdırmaq üçün bu ölkənin ali müdafiə şurasının iclasını keçiriblər.

Livan prezidenti Mişel Oun bu iclasda deyib: Son zamanlar baş verən bəzi təxribatçı hərəkətlər firqəvi və məzhəbi cəhətlərə malikdirlər və təhlükəsizlik və hərbi qüvvələrin hədəfə alınmaları da planlaşdırılmış şəkildə həyata keçirilir.

Livan prezidenti təxribatçı hərəkətləri planlaşdıranlar və təşviq edənlərin həbs olunmaları vacibliyini vurğulayıb.

 

Teqlər