İyun 17, 2020 10:33 Asia/Baku
  • Səud koalisiyasının adının qara siyahıdan çıxarılması mənfur bir hərəkətdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT-nin insan haqları sahəsində ikili standartlardan çıxış etməsi kimi rəftarlarını tənqid edib. Bildirib ki, səud koalisiyasının adının uşaqların hüquqlarını pozanların qara siyahısından çıxarılması mənfur bir hərəkətdir.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi səud koalisiyasının adının BMT-nin baş katibi tərəfindən uşaqların hüquqlarını pozanların qara siyahısından çıxarılmasına reaksiyada bu addımdan təəssüf ifadə edərək, söyləyib: BMT-nin baş katibi elə bir halda səud koalisiyasının adını uşaqların hüquqlarını pozanların qara siyahısından çıxarıbdır ki, beynəlxalq təşkilatların etiraflarına görə, xəstəxanalar, məktəblər və mənzillərə qarşı hava bombardmanları, həmçinin məktəbliləri aparan avtobusun bombalanması kimi faciələrdə bir qrup yəmənli uşaq və yeniyetmə həyatını itirib və onlarla bağlı xəbər və təsvirlər inkarolunmazdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Təəssüflə, BMT-də bəziləri səud dolları ilə bu ölkəni yəmənli uşaqlara və qadınlara qarşı törədilən cinayətlərdən təmizləmək ardıncadırlar.

Belə bir halda, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisinin bildirdiyinə görə, hər on dəqiqədə bir yəmənli uşaq səud koalisiyası tərəfindən Yəmənə icbar etdirilən müharibə və mühasirənin nəticələri üzündən həyatını itirir.

BMT-nin baş katibi Antonio Quterreş dünən səud koalisiyasının adını bu təşkilatın uşaqların ölümü və onların hüquqlarının pozulmasında rol oynamaqla bağlı olan qara siyahısından çıxardı.

 

Teqlər